11 noyabr 2026, çərşənbə Haqqımızda Əlaqə Reklam

Haqqımızda

Xeberle.info 2026-cı ildə Elnur Ağayev tərəfindən yaradılmış müstəqil informasiya portalıdır. Portalın əsas məqsədi Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatında baş verən hadisələri operativ, dəqiq və obyektiv şəkildə oxuculara çatdırmaqdır. Xüsusilə Abşeron yarımadası ərazisində baş verən yeniliklərin işıqlandırılmasına önəm verən Xeberle.info, eyni zamanda ölkənin digər bölgələrindən, Cənubi Qafqazdan və dünyadan aktual xəbərləri təqdim edir.
Saytda gündəlik xəbərlərlə yanaşı, müsahibələr, reportajlar, araşdırmalar, təhlillər, müəllif yazıları, foto və video materiallar dərc olunur. Portal siyasət, iqtisadiyyat, cəmiyyət, təhsil, ekologiya, mədəniyyət, idman, turizm və digər sahələri əhatə edir. Redaksiya fəaliyyətində məlumatların dəqiqliyini, etibarlı mənbələrə əsaslanmasını, qərəzsizliyi və müxtəlif mövqelərin balanslı təqdimatını əsas tutur.
Xeberle.info oxucuların müraciətlərinə və ictimai əhəmiyyətli məlumatlarına açıqdır, vətəndaşları müşahidə etdikləri hadisələr və qarşılaşdıqları problemlər barədə redaksiya ilə əlaqə saxlamağa dəvət edir. Portal dövlət qurumları, ictimai təşkilatlar, ekspertlər və digər tərəfdaşlarla informasiya əməkdaşlığının inkişafına da önəm verir. 
Missiyamız cəmiyyəti etibarlı informasiya ilə təmin etmək, aktual problemləri gündəmə gətirmək və ölkənin informasiya məkanına töhfə verməkdir.
Güclü dövlət və sağlam cəmiyyət naminə XƏBƏRLƏyirik!